Dekabrın 6-da futbol üzrə Türkiyə çempionatının XI turu çərçivəsində keçirilən qarşılaşmada "Fənərbağça" səfərdə "Dənizlispor"un qonağı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə qonaqlar rəqibin qapısından iki cavabsız qol keçiriblər. İstanbul təmsilçisinin qollarını Papis Demba Sisse (9) və Gökhan Gönül (40) vurub.
Günün digər matçlarında isə "Fateh Karagümrük" doğma meydanda "Rizəspor"u 2:1 hesabı ilə məğlub edib. "Antalyaspor" isə "Ankaragücü"nü minimal hesabla udub.
Hazırda çempionatın turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Qalatasaray" və "Fənərbağça" klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıb.