Qadın futbolçulardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu il sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, hər iki oyunun tarixi müəyyənləşib. Belə ki, Azərbaycan–İspaniya qarşılaşmasının fevralın 18-də, Azərbaycan – Moldova oyununun isə 23-də keçirilməsinə qərar verilib.
Oyunların stadionu və başlanma vaxtı hələ müəyyənləşməyib.