Dekabrın 7-da futbol üzrə Türkiyə çempionatının XI turu çərçivəsində keçirilən sonuncu qarşılaşmada "Trabzonspor" doğma meydanda "Sivasspor"u qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə hesab heç-heçə ilə (1:1) yekunlaşıb. Trabzon təmsilçisinin qolunu Caleb Ekuban (45) vurub. Sivas klubunun heyətində isə Hakan Arslan fərqlənib.
Hazırda çempionatın turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Qalatasaray" və "Fənərbağça" klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıb.