Gələn il bədii gimnastika üzrə Avropa çempionatı Bolqarıstanda təşkil olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə birinciliyi iyunun 9-13-də Varna şəhərində keçiriləcək.
Lisenziya xarakterli çempionatda birinci olan gimnastlar "Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, ötən ay Kiyevdə təşkil olunan qitə birinciliyində Azərbaycan milli komandası 3 medal qazanıb. Komandamız qrup hərəkətlər üzrə çoxnövçülükdə gümüş, 3 halqa və 2 gürzlə hərəkətlərdə isə bürünc medal əldə edib. Bundan başqa, Azərbaycan millisi komanda hesabında bürünc medala sahib olub.