“Başakşehir” klubunun futbolçuları “Paris Sen-Jermen” ilə oyunda meydanı tərk ediblər

A- A A+

Türkiyənin “Başakşehir” klubunun futbolçuları və məşqçiləri UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransanın “Paris Sen-Jermen” ilə oyunda meydanı tərk ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin hücumçusu Demba Baya qarşı matçın ehtiyat hakimi tərəfindən irqçi ifadələr söyləməsi olub. Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçiləri 14-cü dəqiqədə meydanı tərk ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: