On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 3-cü qrupda Belçika, Norveç və Lüksemburq komandaları ilə birgə mübarizə aparacaq.