“Qarabağ”ın sabiq futbolçusu Reynaldo yenidən Azərbaycana qayıda bilər

A- A A+

Vaxtilə ölkəmizdə çıxış etmiş ən yaxşı legionerlərdən biri olan Reynaldo yenidən Azərbaycana qayıda bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda Gürcüstanın “Dinamo Batumi” klubunun üzvü olan braziliyalı yarımmüdafiəçi ilə Azərbaycanın bir neçə klubu maraqlanır. Xüsusilə də paytaxtın “Səbail” klubu Reynaldonu heyətə qatmağa cəhd göstərir. Hazırda təcrübəli oyunçu ilə danışıqları davam etdirən komanda bu transferi artıq qış fasiləsində başa çatdırmaq istəyir.

Qeyd edək ki, Reynaldo 2013-2016-cı, eyni zamanda 2018-2019-cu illərdə “Qarabağ”ın heyətində çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: