UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda keçirilən oyunda “Liverpul” səfərdə “Midtyulland”la heç-heçə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, matç qonaq komandanın futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub. Misirli hücumçu bu klubun UEFA Çempionlar Liqasındakı ən erkən qolunun müəllifinə çevrilib. M.Salah buna 55-ci saniyədə fərqlənməklə nail olub.
Futbolçu, həmçinin qitənin ən nüfuzlu turnirində vurduğu qolların sayını 22-yə çatdırıb və “Liverpul”un sözügedən turnirdəki bombardirinə çevrilib. Əvvəlki rekord Stiven Cerrarda (21 qol) məxsus idi.
Qeyd edək ki, misirli hücumçu cari mövsümdə Liverpul təmsilçisinin heyətində keçirdiyi 18 oyunda 12 qol vurub.