Futbol üzrə Azərbaycan çempionatının təqvimi dəyişib

A- A A+

AFFA və PFL-in Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda klubların heyətində COVID-19 virusuna yoluxan futbolçuların olması, hazırlıq üçün müəyyən müddətin tələb olunması və digər məqamları nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklərlə bağlı qərar qəbul edib.

Premyer Liqa

12-ci tur

20 dekabr

“Sabah” – “Neftçi”

“Keşlə” – “Səbail”

“Zirə” – “Sumqayıt”

“Qəbələ” – “Qarabağ”

Premyer Liqa

13-cü tur

24 dekabr

“Səbail” – “Qəbələ”

“Sumqayıt” – “Sabah”

“Neftçi” – “Keşlə”

“Qarabağ” – “Zirə”

Premyer Liqa

21 yanvar

14-cü tur

“Zirə” – “Qəbələ”

“Səbail” – “Neftçi”

“Sabah” – “Qarabağ

“Keşlə” – “Sumqayıt”

25 yanvar

Azərbaycan Kuboku, səkkizdəbir final mərhələsi

“Səbail” - “Zaqatala”

“Turan Tovuz” - “Qəbələ”

“Sabah” - “Kəpəz”

“Qaradağ Lökbatan” - “Zirə”

“Qarabağ”ın 20 dekabr tarixdə “Qəbələ” ilə nəzərdə tutulan oyunu ilkin təqvimdə qeyd olunduğu kimi Qəbələdə baş tutacaq.

Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun digər oyunları Peşəkar Futbol Liqasının təsdiq olunmuş təqvimi əsasında baş tutacaq.

Mövsümdən öncə hazırlanmış Əsasnaməyə Əlavə və Tibbi Protokol mövsümün sonuna kimi qüvvədədir. Heyətində sonuncu COVID-19 testinin nəticəsi pozitiv çıxmış 7 və daha çox futbolçu yer alan klubun oyunu təxirə salınacaq. Həmin oyunçular 14 günlük təcrid müddəti başa çatdıqdan və testinin nəticəsi neqativ çıxdıqdan sonra həkimlərin rəyi ilə məşqlərə və oyunlara çıxa bilər.

Heyətində yetərli futbolçu olmadığı üçün “Vilyarreal”la səfər qarşılaşmasına gedə bilməyən “Qarabağ”ın Avropa Liqası görüşü ilə bağlı daha üst qurumlar tərəfindən keçirilmə qərarı verilsə, “Qarabağ”ın yerli təqvim oyunu ilə bağlı dəyişiklik ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: