Ağbulaqda bu dəfə istirahət edənlər Naxçıvan Müəllimlər İnstitutunun tələbələri oldu - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin növbəti qonaqları Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olub.
Yay məktəbi çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun tələbələri Oxunması zəruri olan kitablara əsasən hazırlanan Nə? Harada? Nə zaman? İntellektual Oyununda öz biliklərini sınayıb və müxtəlif idman növləri ilə məşğul olublar. Gənclər “Girdab” bədii filminə baxıblar. Tələbələr üçün “Naxçıvanda turizmin inkişafı” mövzusunda seminar təşkil olunub. Seminar bitdikdən sonra isə məktəb iştirakçılarına Naxçıvan Dövlət Televiziyasının hazırladığı, Naxçıvanın turizm potensialını əks etdirən qısametrajlı film nümayiş olunub.
Qeyd edək ki, Yay məktəbi iyulun 22-dək davam edəcək.