Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə , iyulun 8-dən 18-dək Qusar şəhərində Respublika Şahmat Olimpiyadası keçirilib.
Azərbaycan Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə həyata keçirilən Şahmat Olimpiadasında 450-dən artıq idmanşı iştirak edib. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi Sadiq Qarayev də yarışda iştirak edib. Sadiq Qarayev yarışda 8 xal toplayaraq 14 yaşadək şahmatçılar arasında III yerə layiq görülüb.Naxçıvan idmançısı diplom və medalla təltif olunub.