Yanvarın 15-31-də Niderlandda dünyanın ən mötəbər yarışlarından hesab olunan Veyk-an Zee şahmat turniri (“Tata Steel Chess 2021”) keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ənənəvi superturnirin təşkilatçıları yarış iştirakçılarının adlarını açıqlayıblar. Turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. Səksən üçüncü dəfə keçiriləcək budəfəki turnirə 14 şahmatçı qatılacaq.
Keçən il şahmatçılarımız bu yarışın B və C turnirlərində iştirak ediblər.