Futbol üzrə Türkiyə Super Liqasının qalibi olacaq komanda UEFA Çempionlar Liqasının qrup mərhələsində yerini itirmə təhlükəsi ilə üzləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Çempionlar Liqasının qalibi öz liqasında qitənin bir nömrəli klub turnirinə vəsiqə əldə etməsə, Türkiyə çempionu qrup mərhələsində iştirak üçün pley-offda oynayacaq.
UEFA reytinqində 13-cü pilləyə geriləyən Türkiyənin 2022/2023-cü il mövsümündə birbaşa Çempionlar Liqasının və Avropa Liqasının qrupuna komanda göndərə bilməyəcəyi dəqiqləşib. 2021/2022-ci il mövsümünün qalibi nüfuzlu turnirdə iştirak üçün pley-offda mübarizə aparmalıdır.
Qeyd edək ki, Çempionlar Liqasında çıxış edən “Başakşehir” klubu da “Sivasspor” kimi avrokuboklarla vidalaşıb. On beş ildən sonra ilk dəfə qonşu ölkənin heç bir klubu növbəti mərhələyə vəsiqə qazana bilməyib.