Azərbaycan avrokubok mövsümünü başa vurub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, klublarımız qitə miqyaslı turnirlərdə UEFA reytinqi üçün cəmi 2,500 xal toplayıb. Bunun da 1,000 xalı təsnifat mərhələlərinin baş tutmayan ikinci oyunları üçün verilib. Koronavirus pandemiyası üzündən cütlər bir matçda qarşılaşdığından cavab görüşünün əmsalı iki komanda arasında bölünüb.
Ümumilikdə isə “Qarabağ” 1,625, “Neftçi” 0,500, “Keşlə” 0,250, “Sumqayıt” 0,125 xal gətirib. Bu göstərici mövsümün 31-ci nəticəsidir. Azərbaycan İsveçdən əlavə göstəricilərdə, Bosniya və Herseqovinadan isə 0,125 xal geri qalıb.
Qeyd edək ki, mövsümün lideri İngiltərə 14,500 xal qazanıb.