Azərbaycanın basketbol klubları Gürcüstanda beynəlxalq turnirdə iştirak ediblər

A- A A+

Gürcüstanın Rustavi şəhərində 3x3 basketbol üzrə beynəlxalq turnir keçirilib.

NUHÇIXAN “3x3azerbaijan.com” saytına istinadla xəbər verir ki, ölkəmizi turnirdə “3x3 Azərbaycan” (Nicat Mirzəyev, Teymur Quliyev, Ramil Eyyubov) və “Feniks Bakı” (Rəhman Teymurbəyov, Elmar Mirbağırov, Andrey Kondratyev, Fariz Qənbərov) komandaları təmsil ediblər.

Hər iki komanda dörddəbir finala vəsiqə qazanıb, amma yarımfinal mərhələsinə keçə bilməyib. “Feniks Bakı” beşinci, “3x3 Azərbaycan” altıncı yerləri tutublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: