NUHÇIXAN xəbər verir ki, bu gündən etibarən 2019-cu il, 21 iyul tarixində Bakı şəhərində keçiriləcək 15-ci Yay Avropa Gənclər Olimpiya Festivalının açılış mərasiminə rəsmi geriyə sayım başlayır. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının (AGOF) Təşkilat Komitəsi tərəfindən “Bakı 2019” AGOF-un rəsmi emblemi təqdim edilib.
“Leo Burnett” adlı brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi bu emblem dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda,gələn il baş tutacaq idman yarışının bundan öncəkilərlə müqaisədə fərqini nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində “bax və hiss et ” şüarını nümayiş etdirməkdir.