Azərbaycan güləşçisi bürünc medal uğrunda qırğız idmançısı ilə mübarizə aparacaq

A- A A+

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda təsəlliverici görüşə çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtçyana 9:0 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Əzizli axşam seansında medal üçün qırğız Balbay Dordokovla mübarizə aparacaq.

Qeyd edək ki, İslambek Dadov (67 kq) bu gün final görüşündə Rusiya təmsilçisi Nazir Abdullayevin müqavimətini qırmağa çalışacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: