Azərbaycan güləşçisi dünya kuboku yarışlarının yarımfinalına yüksəlib

A- A A+

Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 13-də 60, 63, 82, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Böyüklərin yarışında mübarizəyə başlayan Nihat Məmmədli (60 kq) dünya ikincisi və Avropa çempionu olmuş Moldova güləşçisinə uduzub.

Taleh Məmmədov (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə çətinlik çəkmədən qalib gəlib. Ancaq növbəti mərhələdə rusiyalı rəqib keçilməz olub.

Millimizin üzvü Beka Kandelaki (130 kq) debütdə sonuncu Avropa çempionu Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. Dörddəbir finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində “tuşe” ilə qalib gələn güləşçimiz yarımfinala yüksəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: