Azərbaycan millisi Serbiyada təşkil olunan güləş üzrə fərdi dünya kuboku yarışlarında ilk medalını qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə 55 kiloqram çəki dərəcəsində çıxış edən Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub. Rusiyalı güləşçi finala yüksəldiyi üçün E.Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxıb. Erməni güləşçini vaxtından əvvəl məğlubiyyətə uğradan idmançımız bürünc medal uğrunda görüşdə iştirak hüququ əldə edib. Həlledici görüşdə qırğız həmkarından güclü olan güləşçimiz fərdi dünya kubokunu üçüncü yerdə başa vurub və bürünc medal qazanıb.