Qadın güləşçilər fərdi dünya kuboku yarışlarında mübarizəyə başlayırlar

A- A A+

Serbiyada güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin üçüncü günündə - dekabrın 14-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Qadın güləşçilərin yarışında ölkəmizi 3 idmançı təmsil edəcək.

Bu gün milli komandamızın üzvü Tatyana Omelçenko xalça üzərinə çıxacaq. Altmış iki kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimizin ilk rəqibi İspaniya idmançısı Lidiya Peres olacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb. Daha iki güləşçimiz isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: