Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

A- A A+

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə bu raundda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

Çempionlar Liqası

1/8 final mərhələsi

"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)

"Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)

"Atletiko" (Madrid, İspaniya) - "Çelsi" (İngiltərə)

"Leyptsiq" (Almaniya) - "Liverpul" (İngiltərə)

"Portu" (Portuqaliya) - "Yuventus" (İtaliya)

"Barselona" (İspaniya) - PSJ (Fransa)

“Atalanta” (İtaliya) - “Real Madrid ” (İspaniya)

“Sevilya” (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək. Qrup qalibləri ilk matçı səfərdə, ikinci oyunu isə evdə keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: