Dekabrın 14-də futbol üzrə Türkiyə çempionatının XII turu çərçivəsində keçirilən sonuncu görüşdə "Sivasspor" doğma meydanda "Antalyaspor"u qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə qapılara qol vurulmayıb.
Hazırda çempionatın turnir cədvəlinə 26 xalla "Alanyaspor" başçılıq edir. Ondan bir oyun az keçirmiş "Qalatasaray" 23 xalla ikinci, onunla eyni xala malik olan "Fənərbağça" üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. On ikinci turda "Qalatasaray" istirahət edib.