Tokioda Olimpiya məşəli estafetinin başlamasına 100 gün qalır

A- A A+

Olimpiya məşəlinin səyahətinin başlanmasına 100 gün qalması münasibətilə Yaponiya paytaxtının ən məşhur göydələni “Tokio Skytree” dekabrın 15-də gecə sakura çiçəyinin rəngi və qızılı rənglərlə işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi “olympic.org” saytına istinadla xəbər verir ki, “Tokio-2020” Təşkilat Komitəsinin nümayəndələrinin sözlərinə görə, Olimpiya məşəli estafeti koronavirus səbəbindən təhlükəsizlik tədbirlərinə uyğun olaraq keçiriləcək. Belə ki, məşəl daşıyanlar üçün sosial məsafə və estafetin onlayn yayımı insanlar arasında indiki şəraitdə arzu olunmayan təmasların sayını azaldacaq.

Tokio Oyunlarının əsas simvolunu 121 gündə təxminən 10 min nəfərin daşıyacağı gözlənilir. Hazırda Təşkilat Komitəsi namizəd seçiminin son mərhələsindədir.

Olimpiya məşəli cari ilin əvvəllərində Yunanıstanın Olimpiya kəndindən götürülərək Oyunların vaxtının dəyişdirilməsi barədə qərarın qəbulundan dörd gün əvvəl Yaponiyaya gətirilib.

Həmin vaxtdan etibarən məşəl təşkilatçı ölkədə saxlanılır.

Estafetin gələn il martın 25-də Fukuşima prefekturasında futbol təlimi mərkəzində başlaması planlaşdırılır. Tədbir 121 gün davam edəcək və məşəl Yaponiyanın 47 prefekturasında səyahətdə olacaq.

Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: