“Beşiktaş” klubu futbolçusu Rıdvan Yılmazla müqaviləni uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
On doqquz yaşlı müdafiəçi ilə 2025-ci ilin sonunadək müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilə qədər idi.
“Beşiktaş”ın öz yetirməsi olan R.Yılmaz üç ildir əsas komandaya cəlb olunub. O, indiyədək “qara qartallar”ın heyətində 14 rəsmi oyuna çıxıb.