Bu gün Azərbaycanın son beş sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqraddakı Fərdi Dünya Kubokunda mübarizəyə qoşulacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev 1/8 finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidovla üz-üzə gələcək. Bu rəqiblərin 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatındakı görüşü qalmaqalla yekunlaşmışdı. Əliyev qəsdən uduzdurulduğunu iddia edərək, hakimlərdən narazılığını onlara qırmızı vərəqə göstərməklə nümayiş etdirmişdi.
61 kq-dakı Əhmədnəbi Qvarzatilov Fransanı təmsil edən erməni Arman Yeloyanla qarşılaşacaq. Rəşad Yusifli (79 kq) təsnifat mərhələsində türkiyəli Muhammet Kotanoğlu ilə, Abubakr Abakarov (86 kq) 1/8 finalda Bolqarıstanı təmsil edən Əhməd Maqomayevlə, Şamil Zubairov (97 kq) isə 1/4 finalda moldovalı Samhan Cəbrailovla güləşəcək. Bu gün həmçinin Hacımurad Məhəmmədsəidov (92 kq) bürünc medal uğrunda görüşdə Erhan Yaylacı (Türkiyə) / Mihay Palagia (Rumıniya) cütünün qalibi ilə görüşəcək. Gitinoməhəmməd Hacıyev (70 kq) təsəlliverici qarşılaşmada Georgi Bukur (Rumıniya) ilə, Camaləddin Məhəmmədov (125 kq) isə Katriel Muriel (Argentina) ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Yeloyan (Fransa)
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya)
79 kq
Təsnifat mərhələsi: Rəşad Yusifli - Muhammet Kotanoğlu (Türkiyə)
86 kq
1/8 final: Abubakr Abakarov - Əhməd Maqamayev (Bolqarıstan)
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrailov (Moldova)
Medal üçün mübarizə aparanlar
70 kq
1/8 final: Gitinoməhəmməd Hacıyev - Mohammed Abdulkərim (Küveyt) 10:0
1/4 final: Gitinoməhəmməd Hacıyev - Haydar Yavuz (Türkiyə) 0:6
Təsəlliverici görüş: Gitinoməhəmməd Hacıyev - Georgi Bukur (Rumıniya)
92 kq
Təsnifat: Hacımurad Məhəmmədsəidov - Strahinya Despiç (Serbiya) 11:0
1/4 final: Hacımurad Məhəmmədsəidov - Alexandro Pankorbo (İspaniya) 5:2
1/2 final: Hacımurad Məhəmmədsəidov - Georgi Rubayev (Moldova) 5:5*
Bürünc medal görüşü: Hacımurad Məhəmmədsəidov - Erhan Yaylacı (Türkiyə) / Mihai Palagia (Rumıniya)
125 kq
1/8 final: Camaləddin Məhəmmədov - Oktay Güngör (Türkiyə) 4:2
1/4 final: Camaləddin Məhəmmədov - Robert Baran (Polşa) 0:4
Təsəlliverici görüş: Camaləddin Məhəmmədov - Katriel Muriel (Argentina)