Azərbaycanın sərbəst güləşçisi, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) Serbiyada keçirilən fərdi dünya kubokunda yarımfinala vəsiqə qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səkkizdəbir finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidova qalib gələn güləşçimiz dörddəbir finalda qırğızıstanlı Arnazar Ekmatalıyevi məğlub edərək növbəti mərhələyə yüksəlib.
Yarımfinalda güləşçimiz macar İsmail Musukayev ilə qarşılaşacaq.