Atletika Federasiyasının şəhər və rayon bölmələri yaradılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının ümumi yığıncağı Naxçıvan Dövlət Texniki Kollecində keçirilib 

Yığıncağın gündəliyi təsdiq edildikdən sonra Atletika Federasiyasının sədri Rəhman Məmmədov muxtar respublikada idmanın inkişafı və kütləviləşməsi istiqamətində görülən işlərdən  danışıb.

Federasiya sədri bildirib ki,  muxtar respublikada digər idman növləri kimi atletikanın da inkişafı üçün zəruri şərait var. Federasiya təkcə yüngül atletika deyil, atletikanın digər növləri üzrə də muxtar respublikada idmançıların hazırlanması, kütləviliyin təmin edilməsi istiqamətində fəaliyyət göstərəcək. Federasiyanın əvvəlki fəaliyyətində olan nöqsanların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışan federasiya sədri qısa zaman ərzində atletika, ağır atletika və bədii gimnastika, eləcə də atletika sahəsinə daxil olan digər idman növlərinin təbliği, bu idman növlərinə yeniyetmələrin cəlb edilməsi, idman və sağlam həyat tərzinin gənclər və uşaqlar arasında yayılması istiqamətində işlərin sürətləndiriləcəyini bildirib.

Qeyd olunub  ki, federasiyanın tərkibinə daxil olan idman növlərinin inkişafı istiqamətində artıq işlərə başlanılıb. Naxçıvan şəhərində və rayonlarda yerləşən ümumtəhsil məktəblərində 29 atletika, 2 ağır atletika idman klubu, Heydər Əliyev Uşaq-

Gənclər Yaradıcılıq Mərkəzində bədii gimnastika bölməsi yaradılıb. Hazırda isə Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində gimnastika bölməsinin və Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə isə Ağır atletika idman bölməsinin yaradılması istiqaməsində iş gedir. Rəhman Məmmədov muxtar respublikada uşaq və yeniyetmələrin  sağlam ruhda böyüməsi üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonra federasiyanın ümumi yığıncağının gündəliyində duran məsələlər müzakirə olunub. Federasiyanın İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi   müəyyənləşdirilib. Atletika üzrə kütləviliyin təmin olunması məqsədilə Federasiyanın şəhər və rayon bölmələri yaradılıb.

Sonda federasiyanın 2021-ci il üçün tədbirlər planı təsdiq edilib.

 

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: