Hacı Əliyev güləş üzrə fərdi dünya kuboku yarışlarında fərqlənib

A- A A+

Üçqat Avropa və dünya çempionu Hacı Əliyev Serbiyada keçirilən güləş üzrə fərdi dünya kuboku yarışlarında fərqlənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sərbəst güləşçimiz debütdə prinsipial rəqiblə qarşılaşıb. Altmış beş kiloqram çəki dərəcəsində son dünya çempionu rusiyalı Hacımurad Rəşidovla görüşə əla start verən H.Əliyev 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub. Üçqat dünya çempionu dörddəbir finalda qırğız güləşçi ilə gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb. Macarıstan təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. H.Əliyev əzmkarlıq nümayiş etdirsə də, onu qələbədən 1 xal ayırıb. Dekabrın 18-də güləşçimiz bürünc medal uğrunda görüşdə Fransa təmsilçisi ilə qarşılaşıb və inamlı qələbə ilə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər. Qadınlardan Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Sərbəst güləşçimiz Əhmədnəbi Qvarzatilov isə turnirdə ikinci olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: