"Bavariya" 2019/2020 mövsümündən xeyirlə çıxdı

A- A A+

Almaniyanın "Bavariya" futbol klubu ötən mövsümü müsbət saldo ilə başa vurmağı bacarıb.

NUHÇIXAN İnformasiya Agentliyinin klubun rəsmi saytına istinadən məlumatına görə, bu, koronavirus pandemiyası üzündən maliyyə itkilərinə rəğmən mümkün olub.

Münhen təmsilçisinin 2019/2020 mövsümündə xalis gəliri 9,8 milyon avro təşkil edib. Klubun İdarə Heyətinin sədri Karl-Haynts Rummenige deyib ki, "Bavariya" martın 8-dən ev oyunlarını azarkeşsiz keçirib. Bununla belə, təkcə komandanın möhtəşəm nailiyyətləri ilə deyil, çoxlu sosial və ictimai təşəbbüs sayəsində böhrandan xeyirlə çıxa biliblər.

Qeyd edək ki, 2019/2020 mövsümündə "Bavariya" Almaniya çempionu, ölkə Kuboku və Super Kuboku, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: