İkinci Dünya Çimərlik Oyunlarının tarixi açıqlanıb

A- A A+

Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) İcraiyyə Komitəsi ikinci Dünya Çimərlik Oyunlarının tarixini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin 2023-cü il sentyabrın 24-dən 30-dək keçirilməsi planlaşdırılır.

İkinci dəfə keçiriləcək oyunların yeri hələ müəyyənləşməyib. Müraciət üçün ərizələrin qəbulu gələn ilin yayında başlayacaq.

İlk dəfə Dünya Çimərlik Oyunları 2019-cu il oktyabrın 12-16-da Qətərdə keçirilib. Oyunlarda 97 ölkədən 1237 idmançı iştirak edib.

Yarışda iştirak edən Azərbaycan komandası 2 medal qazanıb. Belə ki, qadınlar arasında aquatrilon idman növündə fərdi çıxış edən Kseniya Levkovska gümüş medala sahib olub. Eyni idman növündə kişilərin yarışında mübarizə aparan Rostislav Pevtsov yarışı üçüncü pillədə başa vurub. Komandamız bu nəticə ilə birinci Dünya Çimərlik Oyunlarının medal sıralamasında altıncı yerdə qərarlaşıb.

Medal sıralamasına 4 qızıl medalla İspaniya başçılıq edib. Belarus (1-1-1) və Rusiya (1-1-0) ilk üçlüyü tamamlayıblar. Braziliya və İtaliya 1 qızıl medalla 4-5-ci yeri bölüşüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: