Türkiyə Superliqası: "Sivasspor" səfərdə minimal hesabla qalib gəlib

A- A A+

Dekabrın 21-də futbol üzrə Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən sonuncu görüşdə "Sivasspor" səfərdə "Konyaspor"un qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə qonaqlar rəqibini minimal hesablı qələbə ilə məğlub ediblər - 0:1.

Günün digər matçında "Antalyaspor" doğma meydanda "Kayserispor" komandasını iki cavabsız qolla üstələyib.

Hazırda çempionatın turnir cədvəlinə 26 xalla "Alanyaspor" başçılıq edir. Çempionatda 23 xal toplayan "Qalatasaray" və "Fənərbağça" klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. 13-cü turda "Başakşəhər" istirahət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: