Rusiyanın MOİK komandasında çıxış edən Aleksey və Vasili Berezutski qardaşları futbolçu karyeralarını başa vurub.
NUHÇIXAN-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əkiz qardaşlar bu addımı 36 yaşında ikən atıblar. Hər iki müdafiəçinin "hərbçilər"lə müqaviləsi iyunun 30-da başa çatıb.
Qeyd edək ki, Aleksey Berezutski 2001-ci il mövsümündən əvvəl, Vasili isə bundan yarım il sonra MOİK-ə keçib. Hər iki oyunçu 6 qat Rusiya çempionudur. Onlar 7 dəfə ölkə kubokunu, 6 dəfə Superkuboku qazanıblar. Qardaşlar 2004-2005 mövsümündə UEFA Kubokuna, 2008-ci ildə isə Rusiya yığmasının heyətində bürünc medala sahib olublar.