Türkiyə Superliqası: “Qalatasaray” və “Trabzonspor” qələbə qazanıb

A- A A+

Dekabrın 22-də futbol üzrə Türkiyə çempionatının XIV turunun birinci qarşılaşmasında “Qalatasaray” doğma meydana “Göztəpə” ilə üz-üzə gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin qollarını Emre Kılınç (4), Arda Turan (12) və Sofian Fequli (63) vurub. "Göztəpə"nin heyətində isə Soner Aydoğdu fərqlənib.

Beləliklə, "Qalatasaray" qazandığı qələbə sayəsində mövqeyini qoruyub.

Günün digər matçında isə “Trabzonspor” səfərdə “Hatayspor”u minimal hesabla udub -0:1.

Turun digər oyunları aşağıdakılardır:
"Alanyaspor" - "Yeni Malatyaspor";
“Ərzurumspor” - "Dənizlispor";
"Fənərbağça" - "Başakşəhər"
"Kasımpaşa" - "Qaziantep"
"Kayserispor" - "Konyaspor"
"Sivasspor" - "Gənclərbirliyi"
"Ankaragücü" - "Beşiktaş"
"Rizəspor" - "Antalyaspor"

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XIV turda "Fateh Karagümrük" istirahət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: