Türkiyə Superliqası: XIV turda keçirilən İstanbul derbisində "Fənərbağça" "Başakşəhər"i darmadağın edib
Dekabrın 23-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Başakşəhər”lə üz-üzə gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri 4:1 hesabı ilə qələbə qazanıb. "Fənərbağça"nın qollarını Nazim Sanqare (45), Marsel Tisserand (60), Luis Qustavo (84) və Mert Hakan Yandaş (89) vurub. Qonaqların heyətində isə Mahmud Tekdemir fərqlənib. Bundan əlavə, "Başakşəhər"in heyətində Rafael və İrfan Kahveci qırmızı vərəqə alaraq komandalarını meydanda azlıqda qoyublar.
Beləliklə, XIV turda keçirilən İstanbul derbisində "Fənərbağça" "Başakşəhər"i darmadağın edib.
Günün digər matçında isə “Qaziantep” səfərdə “Kasımpaşa”nın qapısından dörd cavabsız qol keçirib. "Dənizlispor"da əfər matçında "Ərzurumspor"u 1:2 hesabı ilə üstələyib. "Alanyaspor" - "Yeni Malatyaspor" görüşünda isə qalib müəyyənləşməyib - 1:1.
Turun digər oyunları aşağıdakılardır:
"Kayserispor" - "Konyaspor"
"Sivasspor" - "Gənclərbirliyi"
"Ankaragücü" - "Beşiktaş"
"Rizəspor" - "Antalyaspor"
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XIV turda "Fateh Karagümrük" istirahət edir.