"Qarabağ" növbəti hücumçu transfer edib

A- A A+

Türkiyənin "Bursaspor" klubunun futbolçusu Con Delarj "Qarabağ"a transfer olub.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan təmsilçisi "timsahlar"a 200 min avro transfer haqqı ödəyib. 28 yaşlı hücumçunun imzalayacağı müqavilənin müddəti və əməkhaqqı açıqlanmır.

Konqolu forvard C.Delarj 2017-ci ildən çıxış etdiyi komandada 15 oyunda 4 qol vurub. O, əvvəllər Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira" (Vakker) və icarə əsasında Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib. Futbolçu "Bursaspor"a 2017-ci ilin avqustunda "Admira"dan transfer olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: