Türkiyə Superliqası: “Beşiktaş” səfərdə “Ankaragücü”nü minimal hesabla məğlub edib

A- A A+

Dekabrın 24-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Ankaragücü”nün qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib - 0:1. “Beşiktaş”ın yeganə qolunu Damaqoy Vida vurub.

Günün digər matçında isə “Konyaspor” səfərdə “Kayserispor”u 1:2 hesabı ilə üstələyib. “Sivasspor” isə öz meydanında “Gənclərbirliyi”ni 3:1 hesabı ilə məğlub edib. “Rizəspor”da “Antalyaspor”a 2:1 hesabı ilə qalib gəlib.

Turun yekun nəticələrinə görə turnir cədvəlinə 27 xalla “Alanyaspor” başçılıq edir. 26 xal toplayan “Qalatasaray” və “Fənərbağça” klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XIV turda “Fateh Karagümrük” istirahət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: