Dekabrın 26-da “Champion Chess Tour” çərçivəsində “Airthing Masters” turniri start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun da iştirak edəcəyi turnirə klassik reytinq üzrə dünyanın ən güclü 11 şahmatçısından 8-i qatılacaq. Yarışda ümumilikdə T.Rəcəbov da daxil olmaqla 12 şahmatçı - Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Hollandiya), Hikaru Nakamura, Uesli So (ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Daniil Dubov (Rusiya), Levon Aronyan (Ermənistan), David Guijarro (İspaniya) və Pentala Harikrişna (Hindistan) mübarizə aparacaqlar.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.