"Neftçi” futbol komandası qış fasiləsindəki təlim-məşq toplanışı müddətində əvvəlcədən nəzərdə tutulduğu kimi bir yox, iki yoxlama oyunu keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyinin klubun rəsmi saytına istinadən məlumatına görə, artıq rəqiblər də müəyyənləşib. Paytaxt komandası yanvarın 10-da "Qəbələ”, yanvarın 14-də isə "Keşlə” ilə qarşılaşacaq. Oyunların məkanı və başlama saatı haqda əlavə məlumat veriləcək.
Qeyd edək ki, təlim-məşq toplanışı yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək.