"Barselona"nın kapitanı Lionel Messi La Liqanın 17-ci turunda "Eybar"la matçda oynamayacaq.
NUHÇIXAN İnformasiya Agentliyini xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ronald Kuman məlumat verib. O, argentinalı hücumçuya əlavə bir həftə sonu istirahət verdiyini bildirib.
Qeyd edək ki, "Barselona" - "Eybar" görüşü dekabrın 29-u keçiriləcək.