Bu gün "Qarabağ"ın avrokubokların III təsnifat mərhələsindəki rəqibləri müəyyənləşəcək

A- A A+

 Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

NUHÇIXAN xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Püşk nəticəsində Azərbaycanı təmsil edən "Qarabağ"ın Albaniyanın "Kukesi" komandası ilə duelində qalib olacağı təqdirdə, rəqib olacaq klub və ya cütlük qalibinin adına aydınlıq gələcək. "Qarabağ" - "Kukesi" cütlüyü səpələnmişlər səbətində yer alacaq ki, bu da onlara daha aşağı reytinqli səpələnməmişlər səbətindəki 11 klubdan biri ilə qarşılaşmaq imkanı verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: