Teymur Rəcəbov dörddəbir finalın ilk oyununda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq

A- A A+

Dekabrın 29-da rapid üzrə “Champions Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirində dörddəbir finalın oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dörddəbir finalın dörd partiyadan ibarət ilk oyununda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq.

Norveçli hazırkı dünya çempionu Maqnus Karlsen rusiyalı Daniil Dubov, Fransa təmsilçisi Maksim Vaşe-Laqrav amerikalı Uesli So, Hikaru Nakamura (ABŞ) isə Levon Aronyan (Ermənistan) ilə üz-üzə gələcəklər.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: