Teymur Rəcəbov dörddəbir finalda ilk qarşılaşmasını heç-heçə ilə başa vurub

A- A A+

Dekabrın 29-da rapid üzrə “Champions Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirində dörddəbir finalın ilk oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dörddəbir finalın dörd partiyadan ibarət ilk oyununda rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə (2:2) başa çatıb.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: