İngiltərə Premyer Liqası futbol üzrə milli çempionatın 16-cı turunun "Tottenhem" - "Fulhem" matçını təxirə salıb.
NUHÇIXAN İnformasiya Agentliyi İnterfaks-a istinadən xəbər verir ki, səbəb olaraq "Fulhem" komandasında koronavirusun yayılması göstərilir. Oyun bu gün "Tottenhem"in meydançasında keçirilməli idi.
"Fulhem" Premyer Liqaya heyətindən klub üzvlərində koronavirus testlərinin pozitiv hallarının ciddi artımından sonra oyunların keçirilmə qaydasını dəyişdirməsi üçün müraciət edib" - açıqlamada bildirilir.
Xatırladaq ki, İngiltərə Premyer Liqasında "COVİD-19"la bağlı testlər 31 avqust tarixindən başlayaraq hər həftə aparılır.