“Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubov üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb.
Qeyd edək ki, şahmatçımız Rusiya təmsilçisini ilk qarşılaşmada 3:1 hesabla məğlub etmişdi.
Xatırladaq ki, T.Rəcəbov dörddəbir final çərçivəsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə əldə etmişdi.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.