2020-ci ilin ən yaxşı statistik göstəricilərinə malik futbolçuları açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, “Squawka” portalı 10 nominasiya üzrə ən yaxşını müəyyənləşdirib.
İspaniya “Barselona”sının argentinalı ulduzu Lionel Messi hamıdan çox – 3 göstəricidə ilin ən yaxşısı olub.
Ən çox qol: Kriştiano Ronaldo (“Yuventus”) - 33
Ən çox assist: Tomas Müller (“Bavariya”) - 17
Ən çox quru oyun: Yan Oblak (“Atletiko”) – 18
Ən çox çərçivəyə zərbə: Lionel Messi (“Barselona”) – 88
Ən çox yaradılan qol epizodu: Kevin de Breyne (“Mançester Siti”) – 107
Ən çox seyv: Alessio Kranyo (“Kalyari”) – 131
Ən çox driblinq cəhdi: Lionel Messi (“Barselona”) – 171
Ən çox topalma: Aaron Van-Bissaka (“Mançester Yunayted”) - 96
Ən çox qol qazanmaq: Cek Qriliş (“Aston Villa”) - 148
Ən çox ara ötürməsi: Lionel Messi (“Barselona”) – 26