"Qalatasaray" doğma meydanda "Antalyaspor"la heç-heçə edib

A- A A+

Yanvarın 3-də futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Antalyaspor”u qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qapılar toxunulmaz qalıb - 0:0.

Günün digər matçlarında isə "Alanyaspor" doğma meydanda "Başakşəhər"in qapısından üç cavabsız qol keçirib. "Ankaragücü" də öz meydanında "Yeni Malatyaspor"u 3:1 hesabı ilə üstələyib. "Konyaspor" səfərdə "Hatayspor"a 1:2 hesabı ilə uduzub. "Ərzurumspor" - "Qaziantep" görüşündə 1:1, "Sivasspor" - "Dənizlispor" qarşılaşmasında isə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Hazırda Türkiyə Superliqasına 30 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Qalatasaray" ikinci, 28 xal toplayan "Qaziantep" klubu isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: