"Mançester Siti" kütləvi yoluxmaya görə futbolçusunu cəzalandıra bilər

A- A A+

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Bencamin Mendi ilə bağlı araşdırmalara başlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi "The Guardian" nəşrinə istinadən xəbər verir ki, buna səbəb sol cinah müdafiəçisinin karantin qaydalarını pozmasıdır.

Fransalı oyunçu 3 yoldaşının iştirakı ilə Yeni İl şənliyi təşkil edib. İddiaya görə, komandada koronavirusa kütləvi yoluxma halı məhz həmin məclisdən sonra aşkarlanıb.

Bununla bağlı açıqlama yayan Mançester təmsilçisi məsələnin araşdırılacağını bildirib. İddia təsdiqini tapsa, Mendini cəza gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: