“Champions Chess Tour” turnirinin final mərhələsinin keçiriləcəyi yer müəyyənləşib

A- A A+

Azərbaycan şahmatçısı qrossmeyster Teymur Rəcəbovun iştirak edəcəyi “Champions Chess Tour” turnirinin final mərhələsinin keçiriləcəyi yer müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək turnir sentyabrda San-Fransiskoda (ABŞ) baş tutacaq.

Qeyd edək ki, Teymur Rəcəbov “Champions Chess Tour”un final mərhələsinə vəsiqəni “Airthing Masters” turnirinin qalibi olmaqla qazanıb. Azərbaycan təmsilçisi finalda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edərək turnirin qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: