İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil karyerasını Türkiyədə davam etdirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk əsilli almaniyalı yarımmüdafiəçi “Fənərbağça” ilə anlaşıb.
Futbolçu İstanbul klubu ilə 3,5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, M.Özil “Arsenal”dan əvvəl Almaniyada “Şalke”, “Verder”in, İspaniyada isə “Real Madrid”in formasını geyinib.