Yanvarın 11-dən 13-dək Qətərin paytaxtı Dohada cüdo üzrə “World Masters” turniri keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda 7 idmançımız iştirak edəcək. Belə ki, kişilərin mübarizəsində Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), qadınların mübarizəsində Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) çıxış edəcəklər.
Tokio Olimpiadasına lisenziya xalları verəcək mötəbər yarışda indiyədək 70 ölkədən 400-dən çox cüdoçu iştirakını təsdiqləyib.